Xəzər Xəbər

Şolzdan sərt açıqlama: Putin müharibədə qalib gəlməməlidir

Dünya | 18:04 • 27 May 2022
Şolzdan sərt açıqlama: Putin müharibədə qalib gəlməməlidir
Almaniya kansleri Olaf Şolz Putinin qalib gəlməməli olduğunu deyib.
 
İsveçrənin Davos şəhərində keçirilən 52-ci Dünya İqtisadi Forumunda iştirak edən Olaf Şolz WEF-in təsisçisi Klaus Şvab ilə keçirilən "Qlobal əməkdaşlıq” adlı xüsusi sessiyada çıxış edib.
 
Almaniya kansleri Olaf Şolz bildirib ki, Rusiya Ukraynadakı müharibədə qalib gələ bilməz və Moskva administrasiyası heç bir sülh sazişinin şərtlərini diktə etməməlidir.
 
Rusiyanın Ukraynadakı müharibəsinin təkcə bu ölkənin varlığını təhdid etmədiyini vurğulayan Şolz bunun həm də son illərdə baş verən böyük hərbi münaqişələrin qarşısını alan beynəlxalq qaydalara əsaslanan əməkdaşlıq nizamını da sarsıtdığını bildirib.
 
Şolz açıqlamasında "Beləliklə, məqsədimiz çox aydındır. Rusiya prezidenti Vladimir Putin müharibədə qalib gəlməməlidir və mən əminəm ki, o, olmayacaq”, - deyə bildirib.
 
Moskvanın Ukraynada başlatdığı müharibəni Putin üçün uğursuzluq kimi qiymətləndirən Şolz Putinin bütün strateji məqsədlərinə nail ola bilməyəcəyini söyləyib./azxəbər

Xəbər lenti