Xəzər Xəbər

Hindistanda havanın temperaturu 50 dərəcəyə çatır

Dünya | 10:12 • 17 May 2022
Hindistanda havanın temperaturu 50 dərəcəyə çatır

Hindistanın şimalında anomal istilər müşahidə olunur.

XəzərXəbər APA-ya istinadən bildirir ki, Dehlidə havanın temperaturu Selsi şkalası üzrə 49,2 dərəcəyə çatıb. Bunun mart ayından sonra ölkədə 5-ci isti hava dalğası olduğu bildirilir.

Son günlərdə xüsusilə də Himaçal Pradeş, Haryana, Uttaraxand, Pəncab və Bihar əyalətlərində havanın temperaturunun artdığı müşahidə edilib. Hindistanın hidrometerologiya departamenti bəzi bölkələrdə temperaturun 2-4 dərəcə düşə biləcəyini, lakin ümumən ölkədə kəskin isti havaların davam edəcəyini açıqlayıb. Ölkə rəsmiləri bir sıra bölgələrdə temperatur yüksəlməyə davam edəcəyindən insanları tədbirli davranmağa çağırıblar.

Xəbər lenti