Xəzər Xəbər

13 xarici jurnalistin Ukraynaya girişinə qadağa qoyulub

Dünya | 14:36 • 13 May 2022
13 xarici jurnalistin Ukraynaya girişinə qadağa qoyulub

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın sifarişi ilə işləyən 13 xarici jurnalistin Ukraynaya girişinə qadağa qoyub.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin teleqram kanalında məlumat yayılıb.

“Ukraynanın Təhlükəsizlik Xidməti Kreml təbliğatçıları üçün "sifarişlə" materiallar hazırlayan və cəbhələrdən dezinformasiya yayan 13 xarici KİV nümayəndəsini ifşa edib. Onların 3 il müddətinə Ukraynaya girişinə qadağa qoyulub”, - deyə məlumatda deyilir.

Məlumatda, həmçinin deyilir ki, son xüsusi əməliyyatlar arasında Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının Krımdan rəhbərlik etdiyi geniş kəşfiyyat şəbəkəsinin ifşa edilməsi də var. Buraya yalançı jurnalistlər və rus kuratorlarından pul alan qondarma "ekspertlər" daxildir.

Xəbər lenti