Xəzər Xəbər

Finlandiya bu məsələyə görə NATO-ya üzv olmaq istəyir

Dünya | 14:26 • 13 May 2022
Finlandiya bu məsələyə görə NATO-ya üzv olmaq istəyir

Finlandiya hazırda Rusiya tərəfindən birbaşa hərbi təhlükə müşahidə etmir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Finlandiyanın NATO-dakı daimi nümayəndəsi Klaus Korhonen CNN telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Finlandiyanın hakimiyyət orqanları Rusiya tərəfdən qeyri-adi aktivlik qeydə almayıb. Diplomat, həmçinin hazırda ölkə sərhədlərinin təhlükə altında olmadığını bildirib.

Klaus Korhonen, eyni zamanda, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin təhlükəsizlik sahəsində vəziyyəti dəyişdiyini və Finlandiyanın məhz bu səbəbdən alyansa üzv olmağa çalışdığını vurğulayıb.

NATO-nun Baş katibi Yens Stoltenberq isə öz növbəsində Şimali Atlantika Alyansı üzvlərinin etirazı olmasa, Finlandiya və İsveçin təşkilatın sıralarında görməkdən məmnun olacaqlarını deyib.

Xəbər lenti