Xəzər Xəbər

Zelenski Putinlə görüşə hazırdır, amma şərtləri var

Dünya | 15:02 • 13 May 2022
Zelenski Putinlə görüşə hazırdır, amma şərtləri var

Ukrayna Prezidenti Volodimir Zelenski şəxsən rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə və danışmağa hazırdır. Bu, Kremlyönlü vasitəçilər olmadan və ultimatumlarla deyil, dialoq şərtləri ilə mümkündür.

Bu barədə Zelenski İtaliyanın “Rai 1” telekanalına müsahibəsində məlumat verib.

"Rusiya Federasiyası ilə danışıqlara gəlincə, məsələ hər keçən gün daha da mürəkkəbləşir. Mən şəxsən belə hesab edirəm, çünki kiçik şəhərlər hər gün işğaldan azad edilir və biz rus hərbçilərinin tərk etdiyi zorakılıq, işgəncə, edam izlərini görürük və buna görə də danışıqların mümkünlüyü ilə bağlı məqam getdikcə mürəkkəbləşir”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna cəmiyyəti 8 il ərzində Rusiya Federasiyası ilə danışmaq istəyib. "İndi cəmiyyət buna müsbət yanaşmır. Mən bir prezident kimi Putinlə danışmağa hazıram, ancaq onunla, onun vasitəçiləri olmadan və ultimatumlarla deyil, dialoq şərtləri əsasında danışmağa hazıram", - deyə Zelenski vurğulayıb.

İmsak və İftar vaxtı 2022

Xəbər lenti