Xəzər Xəbər

ABŞ Türkiyənin təklifi ilə razılaşır - F-16 qırıcıları artıq...

Dünya | 14:18 • 21 Yanvar 2022
ABŞ Türkiyənin təklifi ilə razılaşır - F-16 qırıcıları artıq...

Vaşinqton Qara dənizdə NATO-nu gücləndirmək üçün Türkiyəyə F-16 qırıcıları satmaq ehtimalını etiraf edir.

Bu barədə Amerika mənbələrinə istinadən CNN-Türk telekanalı məlumat yayıb.

Tərəflərin həm Ankarada, həm də Vaşinqtonda görüşlər keçirdiyi qeyd edilir.

“ABŞ-ın Türkiyənin 40 ədəd F-16 döyüş təyyarəsi və 80 ədəd təkmilləşdirmə dəstinin alınması ilə bağlı sorğusunu təsdiq edə biləcəyi ilə bağlı məlumatlar var. Təsdiqin səbəbi NATO müttəfiqlərini Qara dənizdə artan təhlükəyə qarşı təchiz etməkdir”,- məlumatda bilirilir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Türkiyə Amerika istehsalı olan 40 ədəd F-16 qırıcısı almaq, həmçinin artıq xidmətdə olan bu tipli 80 döyüş təyyarəsini modernləşdirmək xahişi ilə ABŞ-a müraciət edib./Teleqraf.com 

Rubrikanın digər xəbərləri

Xəbər lenti