Xəzər Xəbər

Belarusda referendum keçiriləcək

Dünya | 08:46 • 21 Yanvar 2022
Belarusda referendum keçiriləcək

Belarus Prezidenti Aleksandr Lukaşenko yanvarın 20-də “Respublika referendumunun təyin edilməsi haqqında” 14 saylı Fərman imzalayıb.

BELTA agentliyi xəbər yayıb ki, sənədə əsasən, Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə respublika referendumu 2022-ci il fevralın 27-nə təyin edilib.

Fərmanda referenduma çıxarılan və səsvermə bülletenində hərfi əks olunan sualın mətni müəyyən edilir: “Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?”.

Xəbər lenti