Xəzər Xəbər

Qazaxıstanın yeni müdafiə naziri təyin edilib

Dünya | 14:50 • 19 Yanvar 2022
Qazaxıstanın yeni müdafiə naziri təyin edilib

General-leytenant Ruslan Jaksılıkov Qazaxıstanın yyeni müdafiə naziri təyin olunub.

Bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

Xatırladaq ki, R.Jaksılıkov ötən ilin sentyabrında Qazaxıstan daxili işlər nazirinin müavini – Milli Qvardiyanın komandanı vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, R.Jaksılıkov 1966-cı ildə Almatı vilayətinin Kaskelen şəhərində anadan olub. O, 1996-cı ildə Frunze adına Hərbi Akademiyadan “komanda-qərargah əməliyyat-taktiki qoşun kəşfiyyatı” ixtisası üzrə məzun olub. R.Jaksılıkov 2004-cü ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının ali akademik kurslarını “dövlətin hərbi təhlükəsizliyi” ixtisası üzrə bitirib.

Xəbər lenti