Xəzər Xəbər

Merkelə iş təklif edilib

Dünya | 14:42 • 19 Yanvar 2022
Merkelə iş təklif edilib

BMT-nin Baş katibi Antoniu Quterriş Almaniyanın sabiq kansleri Angela Merkelə qurumda yüksək səviyyəli müşavir postunu təklif edib.

DPA agentliyi bu barədə beynəlxalq təşkilatdakı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Angela Merkel Antoniu Quterrişin təklifinə rədd cavabı verib. 

Qeyd edək ki, 16 il Almaniyanın kansleri vəzifəsində çalışan Angela Merkel beşinci müddətə namizədliyini irəli sürməyib. 2021-ci ildə bu postda onu sosial-demokrat Olaf Şolts əvəz edib.

Xəbər lenti