Xəzər Xəbər

ÜST rəhbərindən "omikron"la bağlı xəbərdarlıq: Ölümlə nəticələnə bilir

Dünya | 16:02 • 19 Yanvar 2022
ÜST rəhbərindən "omikron"la bağlı xəbərdarlıq: Ölümlə nəticələnə bilir

"Pandemiya hələ bitməyib".

"BBC" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qabreyesus Cenevrədəki mənzil-qərargahında mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, koronavirusun "omikron" variantı son bir həftə ərzində dünyada 18 milyon yeni yoluxmaya səbəb olub. 

Baş direktor bu ştamın dünyada inanılmaz sürətlə yayıldığını və yeni mutasiyalara səbəb ola biləcəyini söyləyərək, təmasların izlənilməsinin vacibliyini söyləyib.

O, "omikron" ştamının daha az təhlükəli olduğu və pandemiyaya son qoyacağı istiqamətindəki fikirlərin yanlış olduğunu bildirib. "Omikron ştamı da xəstəxanaya yatma hallarına səbəb olur və ölümlə nəticələnə bilir. Çox yüngül hallar belə, səhiyyə sistemi üstündəki təzyiqi artırır", - T.A.Qabreyesus  açıqlamasında deyib.

Qeyd edək ki, Fransada çərşənbə axşamı günü təxminən yarım milyon yeni gündəlik yoluxma baş verib. Almaniyada pandemiyanın başlamasından bu yana ilk dəfə çərşənbə günü 24 saat ərzində 100 mindən çox yeni infeksiya qeydə alınıb./Redaktor.az 

Xəbər lenti