Dekabrın 4-də Ermənistana qayıdan 10 məhbusdan 5-nin saxlanılması ilə bağlı vəsatət verilib.
Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadosyan "Sputnik Ermənistan"a müsahibəsində bildirib.
"Hazırda onlar həbs ediliblər. Məhkəmə iclasları davam edir”, - Tadjosyan qeyd edib.
O vurğulayıb ki, gələcəkdə proseslə bağlı əlavə məlumat veriləcək.
Qaytarılan məhbuslar Ermənistan Respublikası Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi - ağır nəticələrə səbəb olan hərbi vəzifə və ya hərbi xidmət qaydalarını pozma maddəsi ilə ittiham olunurlar.
Xatırladaq ki, noyabrın 16-da Ermənistan tərəfindən törədilən təxribat zamanı Azərbaycan ordusu tərəfindən əsir götürülən 10 erməni hərbçisi dekabrın 4-də öz ölkələrinə təhvil verilib. Onları Ermənistana rus generalı Rüstəm Muradov aparıb.