Xəzər Xəbər

Gürcüstan “3+3” formatı çərçivəsində Moskvada keçiriləcək toplantıda təmsil olunmayacaq

Dünya | 15:03 • 9 Dekabr 2021
Gürcüstan “3+3” formatı çərçivəsində Moskvada keçiriləcək toplantıda təmsil olunmayacaq

Gürcüstan “3+3” formatı çərçivəsində dekabrın 10-da Moskvada keçiriləcək ilk toplantıda təmsil olunmayacaq.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) bununla əlaqədar bəyanat yayıb.

Bildirilir ki, Gürcüstan bu əməkdaşlıq formatında iştirak imkanını nəzərdən keçirmir.

Bəyanatda, həmçinin deyilir: “Gürcüstan XİN 3+3” regional əməkdaşlıq təşəbbüsü ilə bağlı mövqeyini dəfələrlə ifadə edib. Biz bu formatda iştirakı nəzərdən keçirmirik və buna müvafiq olaraq dekabrın 10-na təyin edilmiş görüşdə təmsil olunmayacağıq”. (AZƏRTAC)

Xəbər lenti