Xəzər Xəbər

Səlcuq Bayraktarın atası vəfat edib

Dünya | 15:06 • 18 Oktyabr 2021
Səlcuq Bayraktarın atası vəfat edib

Türkiyənin tanınmış iş adamı, “BAYKAR” şirkətinin İdarə Heyətinin sədri Özdəmir Bayraktar vəfat edib.

Bu barədə “BAYKAR” şirkəti açıqlama yayıb.

“Milli texnologiya hərəkatı ideyasının və milli pilotsuz uçuş aparatlarının yaradılmasının lideri, İdarə Heyətimizi sədri, yol göstərənimiz Özdəmir Bayraktar haqqın rəhmətinə qovuşub”, - deyə açıqlama bildirilir.

“BAYKAR” şirkətinin Baş direktoru Haluk Bayraktar da “Twitter” hesabından etdiyi paylaşımında atasının vəfat etdiyini açıqlayıb.

72 yaşında dünyasını dəyişən Ö. Bayraktar İstanbulda dəfn olunacaq.

Qeyd edək ki, Özdəmir Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qudası, Səlcuq Bayraktar və Haluk Bayraktarın atasıdır. (APA)

Xəbər lenti