Xəzər Xəbər

2022-ci ildə peyvənd pulla vurulacaq

Dünya | 15:18 • 18 Oktyabr 2021
2022-ci ildə peyvənd pulla vurulacaq

Qazaxıstanda koronavirusa qarşı hazırlanmış xarici peyvəndlər gələn ildən pulla vuralacaq.

Bununla bağlı Qazaxıstan Səhiyyə naziri Aleksey Tsoy nazirliyin həftəlik mətbuat konfransında açıqlama verib.

O, bildirib ki, xaricdən gətirilən xarici koronavirus peyvəndləri gələn ildən etibarən ödənişli olacaq.

Tsoy açıqlamasında onu da bildirib ki, 2022-ci ildən etibarən yalnız ölkədə istehsal edilən "QazVak” və "Sputnik V” peyvəndi pulsuz olaraq verilməyə davam edəcək: "Klinik olaraq sübut edilmiş təsirləri olan yerli peyvəndimizi Qazaxıstanda istehsal edə bildiyimiz üçün pulsuz vətəndaşlarımıza təqdim olunacaq. Digər peyvəndlər isə ödənişli olacaq”.

Qərb mediasının yazdığı məlumata görə, 2022-ci ildə bir çox ölkələr vaksin istehsal etdikləri üçün peyvəndlənmə ödənişli olaraq həyata keçiriləcək.

Qeyd edək ki, Qazaxıstan koronavirusa qarşı yerli peyvəndi olan "QazVak”ı istehsal edir./azxəbər

Xəbər lenti