Xəzər Xəbər

Rusiyada yoluxma sayı 8 milyonu keçdi Yeni rekord

Dünya | 15:11 • 18 Oktyabr 2021
Rusiyada yoluxma sayı 8 milyonu keçdi

Rusiyada son sutka ərzində koronavirus infeksiyasına 34 325 yoluxma hadisəsi qeydə alınıb. Bu, pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

Bu rəqəm əvvəlki gündən 0,06% çoxdur (34 303). Ümumi yoluxma hadisələrinin sayı 8 027 012-ə yüksəlib.

Sutka ərzində 998 nəfər koronavirusdan ölüb. Bununla da ölənlərin sayı 224 310-a çatıb. Gün ərzində 16 431 nəfər koronavirusdan sağalıb, sağalanların ümumi sayı 7 017 055 nəfərdir.

Bölgələr üzrə COVID-19-a yoluxma hadisələrinin sayına görə liderlər Moskva və Sankt-Peterburq şəhərləri, Moskva, Samara və Nijni Novqorod vilayətidir./Teleqraf.com 

Xəbər lenti