Xəzər Xəbər

Qırğızıstan hökuməti istefaya göndərilib

Dünya | 15:15 • 12 Oktyabr 2021
Qırğızıstan hökuməti istefaya göndərilib

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Nazirlər Kabinetinin başçısı Uluqbek Maripovu və hökumətin bütün tərkibini istefaya göndərib.

Qırğızıstan mediası xəbər yayıb ki, Prezident bununla bağlı fərmanlar imzalayıb.

Dövlət başçısı prezident administrasiyasının rəhbəri və baş nazir postlarına Akılbek Japarovun namizədliyini ölkə parlamentinə təklif edib.

“Nazirlər kabinetinin başçısı da dəyişəcək. Mən Akılbek Japarovun namizədliyini təklif etmişəm”, - deyə Prezident Sadır Japarov bildirib.

Qırğız Respublikasının yeni konstitusiyasına əsasən prezident administrasiyasının rəhbəri eyni zamanda hökumətə də rəhbərlik edir.

Xəbər lenti