Xəzər Xəbər

Türkiyədə fabrikdə güclü partlayış baş verib

Dünya | 14:52 • 12 Oktyabr 2021
Türkiyədə fabrikdə güclü partlayış baş verib

Türkiyənin Bursa vilayətinin Kestel rayonunda kimyəvi məhsullar emal edən fabrikdə partlayış baş verib.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində fabrikin işçilərindən biri həlak olub, altı nəfər xəsarət alıb. Ətrafa yayılan zərərli qazın təsirindən 15-20 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti