Xəzər Xəbər

Daha güclü və müstəqil Ümumdünya Səhiyyə Təşkilatının yaradılması təklif edilir

Dünya | 11:15 • 25 Sentyabr 2021
Daha güclü və müstəqil Ümumdünya Səhiyyə Təşkilatının yaradılması təklif edilir

Avstraliya epidemioloji nəzarət sahəsində daha geniş səlahiyyətlərə malik, güclü və müstəqil Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasına və COVID-19 pandemiyasının yaranmasının səbəblərinin tez bir zamanda tədqiq olunmasına çağırıb.

Bunu Avstraliyanın baş naziri Skott Morrison BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı bəyan edib.

Baş nazir bildirib ki, dünya ictimaiyyəti gələcək pandemiyaların qarşısını almağı öyrənməlidir və bunun üçün epidemioloji nəzarət və pandemiyalara cavab verməyə qadir, daha geniş səlahiyyətlərə malik güclü və müstəqil ÜST yaratmaq lazımdır.

“İndiki şəraitdə Ümumdünya Səhiyyə Təşkilatına üzv olan hər bir ölkənin borcu hamımızı qoruya biləcək təşkilatı yaratmaq istəyini ifadə etməkdir”, - deyə Baş nazir əlavə edib.

S.Morrison, həmçinin bildirib ki, dünya ölkələri COVID-19-un ilk dəfə necə yarandığını aydınlaşdırmaq üçün aparılan tədqiqat işlərini sürətləndirməlidirlər. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti