Xəzər Xəbər

İstanbulda iki gəmi toqquşub

Dünya | 10:05 • 25 Sentyabr 2021
İstanbulda iki gəmi toqquşub

İstanbulun şimalında, Qara dəniz sahilində Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub.

Hadisə İstanbulun Yeniköy yaxınlığında baş verib.

Qeyd olunur ki, Türkiyəyə məxsus 90 metr uzunluğunda "Tahsin İmamoğlu" və Rusiyaya məxsus 128 metr uzunluğunda "Rusiç 10" gəmiləri toqquşub.

Hadisə yerinə bir neçə xilasetmə və buksir qayıqları göndərilib.

Xəbər lenti