Xəzər Xəbər

Paris meri Fransa prezidentliyinə namizədliyini elan etdi

Dünya | 15:56 • 12 Sentyabr 2021
Paris meri Fransa prezidentliyinə namizədliyini elan etdi

Paris meri 62 yaşlı Ann İdalqo Fransa prezidentliyinə namizəd olmaq istədiyini açıqlayıb.

Bu barədə "Beynəlxalq Fransız Radiosu" məlumat yayıb.

İdalqo prezidentlik yarışının əsas favoriti sayılmasa da, seçkilərin nəticəsinə əhəmiyyətli təsir göstərə bilər.

Qeyd edək ki, İdalgo 2014-cü ildən Parisin meridir.

Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. Ölkə prezidenti 5 il müddətinə seçilir./report

Xəbər lenti

Çox oxunanlar