Xəzər Xəbər

Fransa "Taliban" hökumətini tanımaqdan imtina etdi

Dünya | 13:10 • 12 Sentyabr 2021
Fransa "Taliban" hökumətini tanımaqdan imtina etdi

Fransa Xarici İşlər Nazirliyi Əfqanıstanda "Taliban" hökumətini tanımaqdan imtina etdiyini açıqlayıb.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian "France 5" telekanalının efirində bildirib.

Nazir deyib ki, Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hərəkatının nümayəndələri beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirmədi, buna görə də Paris onların yaratdığı yeni hökuməti tanımaqdan imtina edir.

Fransanın baş diplomatı xatırladıb ki, hərəkat Parisin humanitar yardımın pulsuz çatdırılmasına icazə verilməsini tələbini rədd edib./report

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024