Xəzər Xəbər

Bu ölkənin əhalisi 12 ildir fasiləsiz olaraq azalır

Dünya | 14:30 • 5 Avqust 2021
Bu ölkənin əhalisi 12 ildir fasiləsiz olaraq azalır

Yaponiyada əhalinin sayı 12 ildir fasiləsiz olaraq azalmaqda davam edir.

Bu barədə Yaponiyanın Milli İşlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin avqustun 5-də ölkə əhalisi haqqında dərc etdiyi hesabatda bildirilir.

Qeyd edilir ki, cari il yanvarın 1-ə olan məlumata görə Yaponiya əhalisinin sayı 123 milyon 840 min nəfər təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisindən təqribən 428 min nəfər azdır.

Hesabatda bildirilir ki, ötən il Yaponiyada yeni doğulanların sayı 843 min nəfər təşkil edib. Bu, həmin statistikanın aparılmağa başladığı 1968-ci ildən bəri ən aşağı göstəricidir. Ötən il ölənlərin ümumi sayı isə 1 milyon 370 nəfərə bərabər olub. Bu isə həmin məlumatların toplanmağa başladığı dövrdən bəri ikinci ən böyük göstəricidir.

Bununla yanaşı, ötən il koronavirus pandemiyasına görə ölkəni tərk edən insanların sayının ümumi illik orta göstəricisinin də aşağı olduğu qeyd edilir. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti