Xəzər Xəbər

Baydenin pandemiya ilə mübarizəsini amerikalıların yalnız 53 faizi bəyənir

Dünya | 13:50 • 5 Avqust 2021
Baydenin pandemiya ilə mübarizəsini amerikalıların yalnız 53 faizi bəyənir

ABŞ Prezidenti Cozef Bayden administrasiyasının koronavirus pandemiyası ilə mübarizə sahəsindəki fəaliyyətini amerikalıların yalnız 53 faizi bəyənir.

Amerika mediası yazır ki, bu göstərici Kvinnipek Universitetinin (Konnektikut ştatı) keçirdiyi ictimai rəy sorğusunun nəticələrində yer alıb. Sorğuya əsasən, respondentlərin 40 faizi əks fikirdədir.

May ayında ABŞ administrasiyasının bu istiqamətdəki işindən analoji sorğularda iştirak edənlərin 65 faizi razı qaldığını bildirmişdi. O vaxt neqativ fikirdə olan respondentlər 30 faiz təşkil edirdi.

Ümumilikdə ABŞ Prezidentin fəaliyyətindən amerikalıların 46 faizi razıdır, 43 faizi isə əks fikri dəstəkləyir. Cozef Baydenin iqtisadi siyasətini sorğu iştirakçılarının 43 faizi bəyənir, 48 faizi bəyənmir. Prezidentin xarici siyasətindən razı qalan amerikalılar 42 faiz, neqativ fikirdə olanlar isə 44 faiz təşkil edir.

Xəbər lenti