Xəzər Xəbər

Türkiyə ordusu 2 ŞƏHİD VERDİ: Yaralılar var

Dünya | 10:21 • 25 İyul 2021
Türkiyə ordusu 2 ŞƏHİD VERDİ: Yaralılar var

Suriyanın Əl-Bab əyalətində PKK terrorçularının hücumu zamanı Türkiyə ordusu itki verib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün baş verən terror aktında Türkiyə ordusunun 2 hərbçisi şəhid olub, daha ikisi yaralanıb.

Əl-Bab əyaləti yaxınlığında baş verən terror aktının PKK/YPG tərəfindən törədildiyi bildirilib.

Hücumdan sonra bölgədəki terror hədəfləri müəyyən edilərək dərhal atəşə tutulub.

Qeyd edək ki, "Fərat qalxanı" bölgəsi 2016-2017-ci ilərdə Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar zamanı terrorçulardan təmizlənib./Publika.az 

Xəbər lenti