Xəzər Xəbər

Estoniyada yeni məhdudiyyətlər tətbiq edildi

Dünya | 10:00 • 25 İyul 2021
Estoniyada yeni məhdudiyyətlər tətbiq edildi

Estoniyada həm qapalı, həm də açıq məkanlarda təşkil edilən tədbirlərdə COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə yeni məhdudiyyətlər tətbiq edilib.

Estoniya mətbuatı xəbər verir ki, bu barədə qərar Estoniyanın Nazirlər Kabinetinin dünənki iclasından sonra verilib.

Bildirilir ki, avqust ayının 2-dən etibarən qapalı məkanlarda 500 nəfərədək, açıq məkanlarda isə 1500 nəfərədək insanın iştirakı ilə tədbirlərin keçirilməsinə icazə verilir. Bu cür tədbirlərdə iştirak edən şəxslərdən vaksinasiyaya dair sertifikat, arayış və ya PCR testi tələb olunmayacaq.

Dəyişikliklər konfranslar, teatr tamaşaları, konsertlər, film nümayişləri, əyləncələr, ibadət xidmətləri, muzeylər daxil olmaqla kütləvi toplantılara və tədbirlərə şamil edilir.

Estoniyalı rəsmilər düşünür ki, vaksinasiya tempi hələ kifayət qədər yüksək olmadığından, virus isə sürətlə yayıldığından məhdudiyyətlərin tətbiqi zəruridir.

Hökumət növbəti planları gələn həftə müzakirə edəcək.

Qeyd edək ki, hazırda Estoniyada qapalı məkanlarda 1000 nəfərə qədər, açıq havada isə 5 min nəfərə qədər insanın iştirakı ilə tədbirlərin keçirilməsinə icazə verilir./Publika.az 

Xəbər lenti