Xəzər Xəbər

Putin Baydenin xahişini rədd etdi: Görüşdə ondan istədi ki…

Dünya | 11:35 • 24 İyul 2021
Putin Baydenin xahişini rədd etdi: Görüşdə ondan istədi ki…

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə ondan Dövlət Departamentinin maliyyələşdirdiyi “Azadlıq” radiosunun fəaliyyətinə Rusiya Ədliyyə Nazirliyi tərəfindən qoyulan qadağanı ləğv etməsini istəyib.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Lavrov buna bənzər qanununun ABŞ-da çoxdan mövcud olduğunu və Rusiya mediasına qarşı fəal şəkildə istifadə olunduğunu deyib.

“Rusiya dövləti sadəcə güzgü effekti nümayiş etdirdi və Amerika ilə eyni şəkildə davrandı”, - nazir deyib./Teleqraf.com 

Xəbər lenti