Xəzər Xəbər

Fransanı hərəkətə gətirən xəbərdarlıq – Hökumət həyəcanla gözləyir

Dünya | 491 | 11:28 • 24 İyul 2021
Fransanı hərəkətə gətirən xəbərdarlıq – Hökumət həyəcanla gözləyir

Fransa Daxili İşlər Nazirliyi “Əl-Qaidə” terror təşkilatı tərəfindən yayımlanan bir videoda ölkənin regional rəhbərliklərini hədəf alacağı xəbərindən sonra hərəkətə keçib.

DİN regional rəhbərlikləri ehtimal olunan terror hücumuna qarşı diqqətli olmağa çağırıb.

DİN qubernatorluqlara göndərdiyi məktubda yay boyunca terror aktlarına qarşı ayıq olmalarını istəyib.

“Terror təhlükəsi hələ də davam edir. Qubernatorluqları yay boyunca yüksək hazırlıq vəziyyətində olmağa çağırdım”-, daxili işlər naziri Tvitter hesabında yazıb.

“Əl-Qaidə”yə aid olduğu bildirilən Teleqram sosial şəbəkəsindəki “Əs-Səhab” kanalında yayımlanan videoda Fransa Prezidenti Emmanuel Makron və bu ölkənin daxili işlər naziri Cerard Darmanin də hədələnib./Teleqraf.com 

Xəbər lenti