Xəzər Xəbər

İsrail prezidentindən Ərdoğana mesaj

Dünya | 12:16 • 24 İyul 2021
İsrail prezidentindən Ərdoğana mesaj

“Ötən günlərdə Ərdoğan və bölgədəki digər liderlərlə danışdım. Əminəm ki, bir masa ətrafında qəhvə içərək bölgəmizi mədəni və digər mövzular istiqamətində əməkdaşlıq etməklə yaxşı gələcəyə apara bilərik”.

Bunu İsrail Prezidenti İsaak Herzoq deyib.

İsrail lideri əməkdaşlıq mesajını Şərqi Qüdsdəki İslam Sənətləri Mərkəzində “Qəhvə: Şərq və Qərb” adlı sərgidə iştirakı zamanı verib.

İsrail prezidentinin Ərdoğan başda olmaqla bölgə ölkələrini əməkdaşlığa dəvət etməsinə dair fikirlərini Türkiyənin Təl-Əvivdəki səfirliyinin mədəniyyət müşaviri Səlim Öztürk sosial şəbəkələrdə paylaşıb.

Səlim Öztürk İsaak Herzoqun rəsmi Tvitter səhifəsində paylaşdığı fikirlərə reaksiya verərək ona təşəkkür edib./Teleqraf.com 

Xəbər lenti