Xəzər Xəbər

200 nəfərdə tapıldı, beyni hədəf alır – CIA direktorundan şok iddia

Dünya | 2,284 | 11:22 • 24 İyul 2021
200 nəfərdə tapıldı, beyni hədəf alır – CIA direktorundan şok iddia

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Barns ölkədən kənarda yaşayan amerikalı diplomatlar və rəsmilərində rast gəlinən “Havana sindromu” ilə əlaqədar diqqətçəkən açıqlama verib.

Miqren, baş ağrısı və ürək bulanması kimi narahatlığa səbəb olan “Havana sindromu” son zamanlar bir çox ölkədə görülməyə başlayıb.

Vəziyyətin nəzarətdən çıxmasından sonra açıqlama verən Barns qeyd edib ki, yoluxan 200 ABŞ rəsmisi və yaxınları arasında 100-ə yaxın CIA zabiti və onların ailə üzvləri var.

O, “Əl-Qaidə” lideri Üsamə bin Ladeninin öldürülməsi ilə yadda qalan missiyaya bu məsələ ilə əlaqədar tapşırıq verdiyini bildirib.

Barns insanlarda nevroloji problemlərə səbəb olan sindromun hələ tam müəyyənləşdirilmədiyini söyləyib./Teleqraf.com 

Rubrikanın digər xəbərləri

Xəbər lenti