Xəzər Xəbər

Qardaş ölkədə güclü zəlzələ baş verdi

Dünya | 12:35 • 21 İyul 2021
Qardaş ölkədə güclü zəlzələ baş verdi

Pakistanın Pəncab əyalətinin Rajanpur şəhəri yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.

XəzərXəbər bildirir ki, bu barədə Pakistan Milli Seysmik Nəzarət Mərkəzi məlumat verib.

Yeraltı təkanlar Rajanpurdan 37 kilometr şimal-şərqdə, yerin 39 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barəsində məlumat verilməyib.

Xəbər lenti