Xəzər Xəbər

Antonovdan KRİTİK AÇIQLAMA: ABŞ bu ölkə vasitəsilə Rusiyaya qarşı...

Dünya | 12:28 • 21 İyul 2021
Antonovdan KRİTİK AÇIQLAMA: ABŞ bu ölkə vasitəsilə Rusiyaya qarşı...

ABŞ rəsmiləri Ukraynadan Rusiyaya təzyiq göstərmək üçün istifadə etməyə çalışırlar. Baxmayaraq ki, bəziləri heç bu ölkənin harada olduğunu bilmirlər.

Bu sözləri Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Anatoli Antonov deyib.

O bildirib ki, Ukraynanı Rusiyaya qarşı təzyiq aləti kimi istifadə etməyə çalışanlar Rusiyanın müstəqil beynəlxalq və iqtisadi siyasətini dəyişdirmək istəyirlər:

"ABŞ administrasiyasının Ukraynada hansı siyasi maraqlarının olduğunu anlamıram. Bu məsələni bir çox siyasətçi ilə müzakirə etdim, zarafat etmirəm, amma bəziləri Ukraynanın harada olduğunu bilmirdilər. ABŞ-ın bu davranışı zərərli fəaliyyətdir", - Antonov qeyd edib./Publika.az 

Xəbər lenti