Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Ərdoğandan SƏRT MESAJ: Bunların həyatı yalan üzərində qurulub

Dünya | 11:35 • 21 İyul 2021
Ərdoğandan SƏRT MESAJ: Bunların həyatı yalan üzərində qurulub

"20 İyul (1974) zülmə son qoyulan və Kiprə (Kıbrıs) sülhün gəldiyi qurtuluş günüdür".

Bunu Şimali Kipr Türk Respublikasında (KKTC) səfəri çərçivəsində 20 İyul Barış və Azadlıq Bayramı münasibətilə təşkil edilən rəsmi mərasimdə iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Rumlar (yunan) Kipr türkünü azlıq olaraq görmə, bərabərlik təməlində həlli rəddetmə qəflətindən heç cür oyana bilmədi:

"Hələ də gerçəklərdən qopuq, maksimalist, qeyri-səmimi və ərköyün yanaşmanı davam etdirməkdə israrlıdırlar.

Avropa İttifaqı maliyyə və inzibati cəhətdən Şimali Kiprə dəstək verəcəkdi. Verdimi? Xeyr. Bunların həyatı yalan üzərində qurulub.

Kiprdə içlərində hələ də 1974 əvvəli qırğınların həsrətini çəkənlər var.

Kıbrıs (Kipr) məsələsində biz haqlıyıq, haqlı olduğumuz üçün də sonuna qədər haqqımızı müdafiə edəcəyik.

On illərdir dəyişməyən, qısa müddətdə də dəyişməsi gözlənilməyən rəftarın artıq heç bir hökmü qalmayıb. Bizdən kimsə artıq bundan sonra geriyə doğru heç nə gözləməsin.

Mülkiyyət haqqlarına riayət edilərək icra olunan işlər işığında artıq Maraşda hər kəsin faydasına olacaq yeni bir dövrün qapıları açılır.

Heç kimin Kipr türkündən bərabər statusu və suverenliyindən imtina etməsini, rumların idarəsi altında azlıq olaraq yaşamasını qəbul etməyi gözləməsin.

Heç qüsura baxmasınlar, 47 deyil, hətta 147, 247 il də keçsə, Kıbrıs xalqı müstəqilliyindən və azadlığından vaz keçməyəcək.

Kimin təktərəfli fəaliyyətlər göstərdiyinin, kimin gərginliyi artırdığının mühakiməsini beynəlxalq cəmiyyətin vicdanına buraxıram”./Publika.az 

Xəbər lenti

Çox oxunanlar