Xəzər Xəbər

Temperatur düşəcək, yağış yağacaq - Sərin hava kütləsi gəlir

Dünya | 585 | 11:02 • 21 İyul 2021
Temperatur düşəcək, yağış yağacaq - Sərin hava kütləsi gəlir

Türkiyənin şimal, mərkəzi və şərq bölgələrində mövsümi normadan 10-12 dərəcə, digər ərazilərində mövsümi normadan 2-4 dərəcə yüksək olan havanın temperaturu sabahdan etibarən enəcəyi bildirilib.

Bu barədə Türkiyə Meteorologiya Departamenti məlumat yayıb.

Temperaturun mövsümi normalara uyğun olacağı deyilib.

Sabahdan etibarən Mərmərə və Egey bölgələrində yağış yağacağı bildirilib.

Departamentdən Rumıniyadan gələn sərin və yağışlı hava kütlələrinin ölkə ərazisinə daxil olacağı vurğulanıb. Bu səbəbdən xüsusən Qara dəniz bölgəsində intensiv yağışların yağacağı, buna görə əhaliyə xəbərdarlıq edildiyi qeyd olunub.

Havanın temperaturundakı gözlənilməz enişin bütün region ölkələrini əhatə edəcəyi gözlənilir./Teleqraf.com 

Xəbər lenti