Xəzər Xəbər

Çində güclü partlayış baş verib, çox sayda ölənlər və yaralananlar var

Dünya | 09:29 • 13 İyun 2021
Çində güclü partlayış baş verib, çox sayda ölənlər və yaralananlar var

Çinin Hubey vilayətində yaşayış məhəlləsində təbii qaz partlayışı baş verib.

Vilayət hökumətinin yaydığı məlumata görə, partlayış nəticəsində dağıntılar altında qalanların 11 nəfəri ölüb, 37-si ağır yaralanıb.

Hadisə Şiyan şəhərinin Canvan rayonunda yerli vaxtla səhər saat 6:30 radələrində baş verib. Bildirilir ki, partlayış nəticəsində ərazidəki bazar xüsusilə dağıntıya məruz qalıb. Sosial şəbəkələrdə yayılan videolarda ərazidə xeyli dağılmış binalar görünür.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Xəbər lenti