Bakı 29 ℃
Xəzər Xəbər
USD 1.7

Səudiyyə Ərəbistanı Həcc ziyarətinə qadağa qoydu

Dünya | 17:00 • 12 İyun 2021
Səudiyyə Ərəbistanı Həcc ziyarətinə qadağa qoydu

Səudiyyə Ərəbistanı koronavirus pandemiyasına görə 60 min nəfərlik say məhdudiyyəti tətbiq edilməklə yalnız ölkə vətəndaşlara Həcc ziyarətinə icazə verib.

Bu barədə Həcc və Ümrə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, bu il iyul ayının ortalarında başlayacaq ziyarətdə 18-65 yaş arası zəvvarlar iştirak edə biləcək.

“Hər il zəvvarları qəbul etməkdən qürur duyan Səudiyyə Ərəbistanı Kralığı bu tənzimləmənin zəvvarların sağlamlığı, təhlükəsizliyi, mühafizəsinə davamlı qayğıdan, habelə onların ölkələrinin təhlükəsizliyindən irəli gəldiyini təsdiqləyir”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, ötən il Həcc ziyarətində Səudiyyə Ərəbistanında yaşayan təxmindən 1000 nəfərin iştirakına icazə verilmişdi. Onlardan üçdə ikisi adətən Həcc ziyarətinə qatılan 160 millətin nümayəndəsi, üçdə biri isə Səudiyyə Ərəbistanının təhlükəsizlik və tibbi işçiləri olub.

Ümumilikdə Həcc ziyarətinə hər il dünyanın müxtəlif ölkələrindən 2 milyonadək zəvvar gəlir.

Xəbər lenti

Çox oxunanlar