Xəzər Xəbər

Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov

Dünya | 14:51 • 17 May 2021
Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov

“Rusiya Bakı və İrəvanla daim təmasdadır, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması üçün səylər göstərilir”.

Bunu kremlin mətbuat katibi Dmitri Peskov bildirib. 

O, Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli razılaşmaların icrasının alternativsizliyinin tərəfdarı olduğunu söyləyib: “Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri daim təmasdadır. Biz eləcə də Bakı ilə təmasdayıq. Prezident Putin üçtərəfli razılaşmaların alternativsiz icra olunmasının tərəfdarıdır. Hazırda gərginliyin aradan qaldırılması və vəziyyətin düzəlməsi üçün səylər göstərilir”.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın hərbi yardımla bağlı məktubunu Putinin alıb-almaması ilə bağlı sualına isə Kremlin sözçüsü belə cavab verib: “Dəqiq deyə bilmərəm, lakin bütün bu məsələlər ikitərəfli təmaslarda təbii ki, dəfələrlə müzakirə olunub”. (APA)

Rubrikanın digər xəbərləri

Xəbər lenti