Xəzər Xəbər

Avropa İttifaqı Şurasının təcili iclası keçiriləcək

Dünya | 14:45 • 17 May 2021
Avropa İttifaqı Şurasının təcili iclası keçiriləcək

Bu gün Avropa İttifaqı Şurasının xarici siyasət məsələləri üzrə təcili müşavirəsinin keçirilməsi nəzərdə tutulur.

Aİ üzvləri olan dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə etmək üçün Brüsseldə toplaşacaqlar. Aİ diplomatiyasının rəhbəri Jozep Borrel özünün sosial şəbəkələrindəki akkauntunda bildirib ki, nazirlər Avropa İttifaqı tərəfindən cari vəziyyətə təsir göstərilməsi yollarını müzakirə edəcəklər. Borrel özünün twitter mikrobloqunda yazıb: “Biz indiki eskalasiyaya son qoyulmasına Brüsselin necə kömək edə biləcəyini müzakirə edəcəyik”.

Borrel dünən Fələstin Prezidenti Mahmud Abbas ilə söhbət edib.

BMT Təhlükəsizlik Şurası yaranmış vəziyyəti Nyu-Yorkda təcili iclasda müzakirə etmək niyyətindədir. (AZƏRTAC)

Xəbər lenti