Xəzər Xəbər

Dənizdə batan sualtı qayıq tapılıb, 53 nəfərin hamısı həlak olub

Dünya | 16:19 • 25 Aprel 2021
Dənizdə batan sualtı qayıq tapılıb, 53 nəfərin hamısı həlak olub

Bali dənizində batan “KRI Nanggala-402” sualtı qayığı axtarış-xilasetmə əməliyyatları zamanı aşkar edilib.

İndoneziya KİV-ləri xəbər yayıb ki, bunu bu ölkənin silahlı qüvvələrinin marşalı Hadi Tjahcanto bildirib.

Marşal deyib ki, aprelin 25-də davam edən axtarışlar zamanı Sinqapurdan gəlmiş “MV Swift” xilasetmə gəmisi sualtı qayığın batdığı yeri müəyyən edib.

İlkin olaraq dalğıcların sualtı qayığın istiqamətverici üfüqi rolunu, lövbərləri, xilasetmə gödəkcələrini aşkar ediblər. Sonra qayıq və həlak olmuş heyət üzvləri tapılıb.

Silahlı qüvvələrin komandanı sualtı qayıda həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verdiyini deyib.

Xəbər lenti

Çox oxunanlar