Xəzər Xəbər

Ana itkin düşmüş oğlunun Dubay şeyxi olduğunu iddia edir

Dünya | 17:51 • 16 Aprel 2021
Ana itkin düşmüş oğlunun Dubay şeyxi olduğunu iddia edir

1977-ci ildə İtaliyada 6 yaşında itkin düşən oğlanın Dubay şeyxi Məhəmməd Əl-Habtur olduğu iddia edilib.
 
Son dəfə 44 il əvvəl Salentodakı evinin qarşısında oyun oynayarkən görülən, daha sonra yoxa çıxan Mauro Romanonun anası Bianca Colaianni Dubay şeyxinin sol gözünün kənarındakı yara izinin və onun sağ əlindəki yanıq izinin oğlundakı ilə eyni olduğunu bildirərək DNT testi edilməsini tələb edib.

Bianca Colaianni şeyxin fotosunu ilk dəfə 1999-cu ildə İtaliyada dərc olunan jurnallardan birində gördüyünü və 2007-ci ildə şeyxin atasına yazdığı məktubla Dubaya dəvət edildiklərini, lakin əmirliyə çatdıqdan sonra görüşün ləğv edildiyini bildirib.

O, 2008-ci ildə İtaliya Daxili İşlər Nazirliyinə müraciət edərək fotoşəkildə olan şəxslə əlaqə saxlanılmasını istəyib. Nazirlik ananın istəyi ilə Məhəmməd Əl-Habturun ailəsi ilə əlaqəyə keçsə də, ailə şeyxin Mauro Romano olduğu iddiasını rədd edib və DNT testi tələbini qəbul etməyib.

Mauro Romanonun ailəsi 2012-ci ildə yenidən Dubaya dəvət edilib, lakin görüş bu dəfə də baş tutmayıb.

Lecce Baş Prokurorluğunun ailənin 2020-ci ildə yenidən müraciət etməsindən sonra başlatdığı istintaqda Mauro Romanonun uşaqlıq dostu tərəfindən verilən ifadədən sonra onun ailə dostlarından biri tərəfindən qaçırıldığı ehtimal olunur./Sfera.az

Xəbər lenti