Xəzər Xəbər

Bolqarıstan parlamenti baş naziri istefaya göndərdi

Dünya | 17:32 • 16 Aprel 2021
Bolqarıstan parlamenti baş naziri istefaya göndərdi

Bolqarıstan parlamenti baş nazir Boyko Borisovu istefaya göndərib.

Qərar səs çoxluğu ilə qəbul olunub.

Belə ki, 240 deputatdan 156-sı B.Borisovun istefasının lehinə səs verib.

Baş nazir iclasda iştirak etməyib. Məlumata görə, o, parlamentə keçirilən sonuncu seçkilərdə hökumət başçısı postuna namizədliyini irəli sürməyəcəyini bildirib.

Qeyd edək ki, aprelin 4-də Bolqarıstan parlamentinə seçkilər keçirilib. Onun başçılıq etdiyi Vətəndaşlar Bolqarıstanın Avropa Uğurunda İnkişafı Partiyası (QERB –“Qrajdane za evropeyskoye razvitie Bolqarii”) səslərin 26 faizini toplayaraq qalib gəlib. Lakin bu, təkbaşına hökumət qurmağa imkan vermir. Ona görə də QERB-in koalisiya hökuməti qurması üçün özünə müttəfiq tapmasına ehtiyac var.

Xatırladaq ki, B.Borisov 2009-cu ildən Bolqarıstanın baş naziridir./report

Xəbər lenti