Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

İran uranı 60 faizə qədər zənginləşdirdiyini rəsmən elan etdi

Dünya | 88 | 18:09 • 16 Aprel 2021
İran uranı 60 faizə qədər zənginləşdirdiyini rəsmən elan etdi

İran hökuməti uranın 60 faizə qədər zənginləşdirilmiş ilk partiyasını əldə etdiyini bəyan edib.

Bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf öz “Twitter” səhifəsində məlumat verib.

Siyasətçi bu münasibətlə bütün İran xalqını təbrik edərək əlavə edib ki, onun xalqı istənilən növ təxribatın qarşısını almağa qadirdir.

Qeyd edək ki, aprelin 11-də İranın Nətənz Nüvə Mərkəzində partlayış baş verib.  

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi insidenti “nüvə terrorizminin təzahürü” adlandırıb.

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
381 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
951 | 17:16 • 19 Aprel 2021