Xəzər Xəbər

Böyük Britaniyada koronavirusun yeni ştammları aşkarlandı

Dünya | 17:25 • 16 Aprel 2021
Böyük Britaniyada koronavirusun yeni ştammları aşkarlandı

Böyük Britaniyada COVID-19-un yeni ştammları aşkarlanıb.

İngiltərə İctimai Səhiyyəsinin (PHE) açıqlamasına görə, “araşdırma altında olan” (VUI) statusu verilən və ilk olaraq Hindistanda qeydə alınmış yeni ştamma Böyük Britaniyada 77 yoluxma halı məlumdur.

VUI-21-APR-01 kodu verilən həmin növün E484Q, L452R, P681R kimi bir sıra mutasiyaları da var.

“Təkmil təmas izləməsi də daxil olmaqla İctimai Səhiyyəyə dair hər cür lazımi müdaxilə üsulları işə salınacaq”, - deyə açıqlamada qeyd olunur./report

Xəbər lenti