Xəzər Xəbər

KİV: Ukrayna Prezidenti Donbassa gedəcək

Dünya | 15:23 • 7 Aprel 2021
KİV: Ukrayna Prezidenti Donbassa gedəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Donbassa gedəcək.

Bu barədə “RBK-Ukraina” öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ukrayna dövlət başçısının Donbasa səfəri aprelin 8-i və ya 9-da baş tutacaq. Səfərin detalları ilə bağlı başqa məlumat verilməyib.

Xatırladaq ki, son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Ukrayna Müdafiə Nazirliyi separatçıların atəşkəsi pozması nəticəsində iki ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb./apa

Xəbər lenti