Xəzər Xəbər

Süveyş kanalının bağlanması insan səhvinin nəticəsidir AÇIQLAMA

Dünya | 15:29 • 7 Aprel 2021
Süveyş kanalının bağlanması insan səhvinin nəticəsidir

Süveyş kanalının tamamilə bağlanmasına səbəb olan “Ever Given” konteyner gəmisi ilə bağlı insident insan səhvi ucbatından baş verib.

Bu barədə “Kyodo” agentliyinə müsahibə verən Süveyş Kanalı İdarəsinin rəhbəri Usama Rabia deyib.

“Kapitanın sükan və ya sürət tənzimləməsində səhv etməsi ehtimalı var”, - U. Rabia söyləyib.

U.Rabia bir daha Süveyş kanalı rəhbərliyinin hadisəyə görə heç bir məsuliyyət daşımadığını da vurğulayıb.

Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və saya oturub.

Nəticədə kanalda hərəkət tamamilə bloklanıb./oxu.az

Xəbər lenti

Çox oxunanlar