Xəzər Xəbər

Ərdoğan İstanbul kanalının tikintisinin başlayacağı vaxtı açıqladı

Dünya | 15:15 • 7 Aprel 2021
Ərdoğan İstanbul kanalının tikintisinin başlayacağı vaxtı açıqladı

““İstanbul kanalı” layihəsi ilə bağlı hazırlıqlarımızı böyük ölçüdə tamamladıq. İstəsələr də, istəməsələr də bu layihəyə başlayacağıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

O, 56 qurum və 200-dən artıq elm adamı tərəfindən layihə ilə bağlı araşdırma aparıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, “İstanbul kanalı” layihəsi Qara və Mərmərə dənizlərini bir-birinə bağlayacaq./apa

Xəbər lenti