Xəzər Xəbər

Avstriyada bu şəxslərə mağazalara getmək qadağan ediləcək

Avstriyada COVID-19 testi olmadan bəzi mağazalara getmək qadağan ediləcək
Dünya | 09:03 • 7 Aprel 2021
Avstriyada bu şəxslərə mağazalara getmək qadağan ediləcək

Bu gündən Avstriyada koronavirus testinin mənfi nəticəsi olmadan bir sıra mağazalara getmək qadağan olunacaq.

Bu barədə yerli “The Local” nəşri yazıb.

Qeyd edilir ki, indi vtəndaşlar bərbərxanalara, habelə digər xidmət sahələrinə və qeyri-qida mağazalarına getmələri üçün üzərlərində maksimum 48 saat əvvəlki koronavirus testi gəzdirməlidirlər. Bu halda testin nəticəsi mənfi olmalıdır.

Mağazalara və "həyati əhəmiyyətli" təşkilatlara getmək üçün koronavirus testi tələb olunmur. Söhbət banklardan, supermarketlərdən, apteklər və poçt şöbələrindən gedir./report