Xəzər Xəbər

ÜST - Koronavirusa günlük yoluxma yarım milyonu ötdü

Dünya | 22:48 • 31 Mart 2021
ÜST - Koronavirusa günlük yoluxma yarım milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 509 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 509 746 nəfər yeni koronavirusa yoluxub, 8 855 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 127 877 462, ölənlərin isə 2 796 561 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər lenti