Xəzər Xəbər

Dünyada son sutkada koronavirusdan 10 421 nəfər ölüb

Dünya | 09:21 • 26 Mart 2021
Dünyada son sutkada koronavirusdan 10 421 nəfər ölüb

Dünyada son sutka ərzində 575 191 nəfər koronavirusa yoluxub, 10 421 nəfər ölüb. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 124 535 520 yoluxma hadisəsi, 2 738 876 ölüm faktı qeydə alınıb. 

Son 24 saat ərzində yoluxmanın 44 faizdən çoxu Avropanın (256 686) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (191 246) ilə Cənub-Şərqi Asiya (62 949) bölüşür.

 

Xəbər lenti