Xəzər Xəbər

Pandemiya bir sıra ölkələrin inkişafını 10 ilə qədər ləngidə bilər hesabat

Dünya | 09:11 • 26 Mart 2021
Pandemiya bir sıra ölkələrin inkişafını 10 ilə qədər ləngidə bilər

“Koronavirus pandemiyası qlobal iqtisadiyyata, cəmiyyətin ən həssas sahələrinə təsir edərək, son 90 ilin ən böyük tənəzzülünü yaşatdı. Bu səbəbdən Davamlı İnkişaf Məqsədlərinə çatmaq 10 ilə qədər ləngiyə bilər”.

TASS xəbər verir ki, bu barədə BMT-nin cümə axşamı yayımladığı  hesabatda bildirilib. 

Hesabatda qeyd edilib ki, pandemiya dövlətlərin qeyri-bərabər inkişafına səbəb olub: Böhran səbəbindən, təxminən 114 milyon insan işini itirdi, 120 milyon insan yenidən yoxsulluq həddinə düşdü. İqtisadiyyatın stimullaşdırılması və bərpası üçün rekord miqdarda 16 trilyon dollar xərcləndi. Bu məbləğin 20% -dən azı inkişaf etməkdə olan ölkələrin payına düşdü”. 

Hesabata görə, 2021-ci ilin yanvarına qədər koronavirusa qarşı peyvəndin tətbiqi 38 ölkədə  həyata keçirilib ki, bunlardan da yalnız 9-u inkişaf etməkdə olan ölkələrdir.

Qeyd edilib ki, dünyanın ən kasıb ölkələrindəki vəziyyət dərindən narahatlıq doğurur. Bunun qarşısını almaq üçün BMT təcili tədbirlərin görülməsinə çağırış edib.

Xəbər lenti

Çox oxunanlar