Xəzər Xəbər

Gürcüstan 30 min doza “Pfizer” vaksini alıb

Dünya | 10:13 • 25 Mart 2021
Gürcüstan 30 min doza “Pfizer” vaksini alıb

Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə “Pfizer” vaksininin ilk partiyası çatdırılıb.

30 min dozadan ibarət ilk partiyanı daşıyan təyyarə gecə saatlarında Tbilisi hava limanına eniş edib.

ABŞ-dan gətirilən vaksinlər ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinə təhvil verilib. Vaksinlərin tibb işçiləri ilə yanaşı, yaşı 65-dən çox olan vətəndaşların peyvəndlənməsi üçün istifadə ediləcəyi bildirilib.

Qeyd edək ki, Gürcüstan daha əvvəl martın 13-də 43 200 doza “AstraZeneca” vaksini əldə edib. Martın 15-dən ölkədə tibb işçilərinin vaksinasiyasına başlanılıb. Apreldə əlavə 86 400 doza “AstraZeneca” vaksininin qonşu ölkəyə çatdırılması planlaşdırılıb.

Xəbər lenti